ABŞ konqresmenlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri araşdırılır - XİN

  • By admin
  • 20 Sentyabr 2017 17:12

xin

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

Bu barədə Gununsesi.info-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: “Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər”.

Gununsesi.info