Ağciyərləri təmizləyən 6 bitki

  • By admin
  • 21 Yanvar 2017 11:38

unnamed
Payız və qızş aylarında insanların ən çox əziyyət çəkdiyi xəstəlik pnevmaniya, asma və broxlarda yaranan problemlərdir.

Gununsesi.info-nin xəbərinə görə, ağciyərlərinizi təmizləmək istəyirsinizsə, bu 6 qida növündən müntəzəm istifadə edin. Bu  qidalardan, əsasən, asma xəstəliyindən əziyyət çəkən və siqareti tərgidən insanlar ağ ciyərlərini təmizləmək üçün istifadə edə bilərlər.

Onlardan biri çox qüvvətli antioksidan təsirə malik olan zəncəfildir. Zəncəfil müxtəlif toksinləri və istənməyən maddələri ağciyərlərdən təmizləməyə köməklik göstərir.  Sarımsaq da ağciyərləri təmizləmək üçün təsirlidir. Sarımsaq da qüvvətli  antioksidanlardan hesab edilir.

Evkalipt bitkisi isə təbii antibiyotik rolunu oynayır. Tərkibində müxtəlif yağlar olan evkalipt ağciyərdəki infeksiyaları təmizləməkdə sizə kömək olacaq. Bununla yanaşı, qan təzyiqini artıraraq qanın çoxalmasına köməklik edir. Öskürək üçün olan müxtəlif siroplarda da bu bitkinin tərkibindəki yağlardan da istifadə olunur. Bitkidən hazırlanan çay və onun buxarı bronxit, sinusit xəstəliflərinə kömək edir.
Ekinezya bitkisi də soyuqlama və öskürək zamanı istifadə olunur. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarında effektlidir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarına köməklik göstərir. Keçibuynuzu bitkisi isə siqareti tərgidənlər üçün çox faydalıdır. 5 ədəd keçibuynuzu 1litr suda qaynadılır və acqarına içilir. Siqaretin ağciyərlərinizə verdiyi ziyanı bərpa etmək üçün bu bitkidən istifadə edə bilərsiz.

Ağciyərləriniz üçün faydalı olacaq bitkilər arasında əməköməçi bitkisi də var. Əməköməçi bir miqdar qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Əməköməçi siqaretin ağciyərə verdiyi ziyanlara kömək etməklə yanaşı bəlğəmi də atdırır. Onu da qeyd edək ki, əməköməçi ağ ciyər xərçənginin də qarşısını alır.

Gülnaz Qənbərli

Gununsesi.info