“AKP rəhbərliyinin yenilənməsinə ehtiyac var və mayın 21-də…” - ƏRDOĞAN

  • By admin
  • 29 Aprel 2017 20:46

erdogan-tramp

“Bütün bəlgələri (dəlilləri) Trampın qarşısına qoyacam”

“Mayın 2-də qurucusu olduğum partiyaya-AKP-yə yenidən üzv olmaq üçün dönəcəm”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada düzənlənən tədbirlərdən birində çıxışı zamanı deyib.

Ərdoğan eyni zamanda, mayın 21-də AKP-nin növbədənkənar qurultayının keçiriləcəyini və bu qurultayda hakim partiyanın yeni yönətiminin bəlli olacağını bildirib.

O, qeyd edib ki, cünki AKP rəhbərliyinin təzələnməsinə-yenilənməsinə ehtiyac var.

Ərdoğan həmçinin, mayın 16-da ABŞ-a rəsmi səfər edəcəyini və amerikalı həmkarı Donald Trampla görüşəcəyini açıqlayıb.

Prezident qeyd edib ki, PYD-YPG-nin PKK ilə əlbir və bunların da terror təşkilatları olduğunu bir daha D. Trampın diqqətinə çatdıracaq:

“Mayın 16-da bütün bəlgələri (dəlilləri) Trampın qarşısına qoyacam”.

KAMİL

Gununsesi.info