Almaniya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub FOTO

  • By admin
  • 19 Yanvar 2017 15:45

unnamed (9)

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib. Bu haqda gununsesi.info-ya  Mərkəzdən məlumat verilib.

Belə ki, görüşdə Azərbaycanda aparılan davamlı iqtisadi islahatlar və Strateji Yol Xəritəsi müzakirə olunub. Vüsal Qasımlı həmçinin Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən Azexport.az portal haqqında Alman səfirinə məlumat verib. Əlavə edib ki, Azexport.az-ın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Portal həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edir.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Starteji Yol Xəritəsinin qəbul edilməsi ilə bağlı öz təbrikini və məmnunluğunu ifadə edib. Onun fikrincə Azərbaycanın bir neçə il üçün əsas strateji sənədi sayılacaq yol xəritəsi ölkədə iqtisadiyyatın inkişafına əlavə stimul verəcək.

Müzakirələr zamanı Azərbaycanda aparılan islahatlar, iqtisadiyyatın mövcud durumu və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Almaniya iqtisadi əlaqələri də diqqət mərkəzində olub.

unnamed (8)

Gülnaz Qənbərli

Gununsesi.info