Almaniyada azərbaycanlı uşaqlar xristianlaşdırıldı

  • By admin
  • 25 Oktyabr 2016 15:35

almaniya

Almaniyanın Köln şəhərində yaşayan Azərbaycan əsilli vətəndaşı Davud Əliyevin qızları Alman Gənclik Dairəsi tərəfindən xristianlaşdırılıb.

Gununsesi.info Türkiyənin “Yeni Mesaj” qəzetinə istinadən verdiyi xəbər görə, D. Əliyevin üç il əvvəl Alman Gənclik Dairəs tərəfindən əlindən aldığı iki qızının xristian olaraq vəftiz edildiyini öyrənincə ortalıq qarışıb.

D. Əliyev verdiyi açıqlamada bunun xaricində Alman Gənclik Dairəsinin yataqxanasında yaşayan qızlarının almanca təhsil aldıqları üçün özləriylə ünsiyyət qura bilmədiyini də vurğulayıb.

Kölndə yerləşən miqrant düşərgəsində xüsusi təhlükəsizlik xidmətində çalışan 40 yaşlı D.Əliyev bir qadınla ailə qurub və bu evlilikdən Tamila (8 yaş) və Armanda (10 yaş) adlarında iki qızı dünyaya gəlib: “Daha sonra anlaşılmazlıq üzündən ayrılmaq məcburiyyətində qaldıq.Bundan sonra qızlarım analarıyla birlikdə yaşamağa başladı. Bir müddət sonra qızlarımın vəlayətini almaq üçün məhkəməyə müraciət etdim və qazandım. Başıma nə gəldisə, elə bundan sonra gəldi” – deyə, Davut Əliyev söyləyib.

Məhkəmə qərarı ilə qızlarını aldıqdan sonra hər şey daha da yaxşı olacaq deyə düşünərkən keçmiş həyat yoldaşının ondan şikayət etdiyini bildirən D. Əliyev sözlərinə belə davam edib:

“Qızlarıma baxımqda anam Tamara Aliyeva köməklik edirdi. Həyat yoldaşımdan rəsmən razılıq aldıqdan sonra hətta, Vyanaya tətilə də getdik. Bu arada uşaqlar bir müddət məktəbə getmədilər. Məktəbə davamiyyətsizliyi və müxtəlif bəhanələrlə Alman Gənclik Dairəsinin səlahiyyətlilər uşaqlarımı əlimdən aldı. O zamanlar haquqlarımız tam olaraq bilmirdik. Üç ildir ki, iş məhkəmədir uşaqlarımı üzünü mənə təzəlikcəgöstərməyə başlayırlar”.

Ayda iki dəfə olmaqla qızları ilə görüşə izin verildiyini deyən D. Əliyev qızlarının xaç işarəsi çəkdiyini görəndə onlarla danışıb.O, qızlarının xristianlığa inandıqlarını öyrəndiyi zaman isə dünyanın başına yıxıldığını bildirib.

Uşaqların ata tərəfdən olan nənəsi Tamara Aliyeva həm nəvələrinin Türkçə bilmədiyini, həm də özünün kifayət qədər almanca bilmədiyini deyərək, bu olayla bağlı səlahiyyətli şəxslərdən kömək istəyir: “Alman Gənclik Dairəsinə uşaqların müsəlman olduğunu söylədik. Onlara ana dilləri olan Azərbaycan və türk dillərində təhsil verilməsini xüsusilə xahiş etdik. Amma onlar uşaqlara yalnız almanca təhsil veriblər və xarici dil olaraq isə İngilis dili öyrədiblər. Nəvələrim artıq öz dillərində danışa bilmir. Xristian olaraq vəftiz edildiklərini öyrəndik və bu hal bizi üzür. Lütfən bəziləri bizə kömək etsin. Bizim əlimizdən bir şey gəlmir” – deyə, Tamara Aliyeva sözlərinə əlavə edib.

Anar

Gununsesi.info