ATƏT Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər

  • By admin
  • 18 Yanvar 2018 22:04

ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

Gununsesi.info