Atadan 2 yaşlı oğlunu qarşı vəhşilik - "1000 "LİKE" GƏLMƏSƏ, UŞAĞI 15-Cİ MƏRTƏBƏDƏN TULLAYACAM"

  • By admin
  • 21 İyun 2017 10:36

usaq

Əlcəzairdə baş verən dəhşətli hadisə dünya mediasında geniş müzakirələrə səbəb olub.

Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, 2 yaşlı oğlunu 15-ci mərtəbədən sallayan ata 2 il müddətinə azadlıqdan məhrum edilib.

Uşağın şəklini sosial mediada “1000 “like” gəlməsə, uşağı tullayacam” başlığı altında paylaşan ata Əlcəzair ictimaiyyətində qızğın mübahisələrə yol açıb.

Sosial media fenomeni olmaq istəyən ata haqqında cinayət işi açılıb. Kişi rəsmilər tərəfindən saxlanılaraq həbsxanaya göndərilib.

Gununsesi.info