Ata iki qızını öldürüb, özünü də vurdu

  • By admin
  • 17 Mart 2018 15:55


Rusiyanın Tümen şəhərində ata və 6 yaşlı iki qızının meyiti tapılıb.
Gununsesi.info-nun Rusiya KİV-ə istinadən məlumatına görə, meyitləri qonşular müəyyən ediblər. Hadisə yerinə gələn polis dəhşətli mənzərənin üstünə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, 36 yaşlı ata ekiz qızlarını qətlə yetirdikdən sonra özünü də öldürüb.

 

Gununsesi.info