Avropa çempionatı başlayır - FOTO

  • By admin
  • 22 Sentyabr 2017 11:12

01

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə,turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan yığmamız ilk oyununda Macarıstanın müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı

I tur

22 sentyabr
A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası

B qrupu

18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı

C qrupu
15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası

D qrupu
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya – Belçika
Göygöl. Olimpiya İdman Komplek

Anar

Gununsesi.info