Aydın Abbasov: “Manqurt adamlardır…” -SABİQ DEPUTAT QƏZƏBLƏNDİ

  • By admin
  • 18 Fevral 2017 14:55

aydin

Gəncənin sabiq deputatı Aydın Abbasov özünün sosal şəbəkədəki hesabında şəhərin Musiqi Kollecinin direktoru Gülçin Mirzəyevanın rüşvət almasına dair fakta münasibət bildirib.

Gununsesi.info Aydın Abbasovun həmin qeydlərini təqdim edir:

Gəncəyə gəlir mənbəyi kimi baxan, vəzifəsindən istifadə edərək maddi və mənəvi zərər vuranlara, sakinlərini incidib, küsdürüb, dövlətimizin qanunlarına və insanlığa qarşı zidd yollarla zənginləşən hər bir məxluq ancaq manqurt adlandırıla bilər.

Bu dövlət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!
Bu millət sizin bu çirkin əməllərinizi bağışlamayacaq!
Gəncə sizin çirkin niyyətlərinizi bağışlamayacaq!

Millət vəkili daha sonra yazır:

AzTV-də bu cür məlumatları seyir etdikcə, Gəncədə baş verən bu özbaşınalığın, biabırçılığın səbəbkarlarına ayıb olsun deyirəm.

Sizə acıyıram! Siz ölkə rəhbərinin, bu milllətin düşmənisiniz!!!