Azərbaycan-Şimali İrlandiya oyunu “Bakcell Arena”da keçiriləcək

  • By admin
  • 24 Fevral 2017 16:36

fifa-2018

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun stadionu müəyyənləşib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, iyunun 10-da saat 20:00-da başlayacaq qarşılaşma “Bakcell Arena”da keçiriləcək.
Anar
Gununsesi.info