Azərbaycanda dizel istehsalı 20 faiz azalıb

  • By admin
  • 14 Dekabr 2017 15:42

Cari ilin yanvar-noyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 469,2 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9% azalıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 6,9%, yanacaq mazutunun istehsalı 42,6%, dizel yanacağının istehsalı 20% azalıb.

Avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Gununsesi.info