“Bəzi həmkarlarım ehtiyat edir ki…” - DEPUTAT DEYİR Kİ, QANUNA ƏMƏL OLUNMASA, İNSANLAR DAHA ÇOX CƏRİMƏLƏNƏCƏK

  • By admin
  • 27 Aprel 2017 13:10

musa-

Restoranlarda tütünçəkmə üçün açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər.

Gununsesi.info məlumat verir ki, bu haqda Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 27-də parlamentdə  “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

M. Quliyevin sözlərinə görə, sahibkarlar belə yerlər yarada bilərlər.

O, deyib ki, sahibkarların buna gücü çata bilər:

“Ancaq kənd yerlərində qapalı yer necə yaradılsın?! Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?! Biz bu məsələdə özümüzə problem yaradırıq və bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərin ayrılması məsələsi ilə bağlı bir daha fikirləşmək lazımdır”.

musa urud

M.Quliyev qanun layihəsində tütünə qarşı mübarizədə sərt tədbirlərin görülməsinin düzgün olmaması barədə səslənən fikirlərə də münasibət bildirib.

“Əsas problem tütünün tüstüsüdür. Bundan qorunmaq lazımdır. Bəzi həmkarlarım ehtiyat edir ki, qanun sərt şəkildə qəbul edilsə, bu işləməyəcək. Axı, niyə işləməsin?! Qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaqlar. Bu da büdəcəyə öz müsbət təsirini göstərmiş olacaq. İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək“-deyə, millət vəkili  sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info