Bakıda avtomobil qadını piyada zolağında vurub

  • By admin
  • 23 Oktyabr 2017 19:29

qeza_0235

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində “Pegout 406” markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb.

Gununsesi.info