Bakıda Putinə qarşı sui-qəsd planı – VİDEO

  • By admin
  • 16 Mart 2018 13:09

Jurnalist Andrey Kondraşovun “Putin” sənədli filmində Putin haqqında maraqlı mövzular səslənməkdə davam edir. Filmin Bakı ilə bağlı hissəsində 2000-ci ildə Rusiya liderinə Bakıda hazırlanan sui-qəsddən danışılır.
Gununsesi.info femida.az-a istinadən xəbər verir ki, süjetdə terror aktının Şəhidlər Xiyabanında planlaşdırıldığı bildirilir.
Hücumun təşkilatçısı Əbdürəhrəman Buhari kimi tanına İraq vətəndaşı Kənan Əhməd Rüstəm idi.
“Bu, Azərbaycan MTN-nin ən gərgin işlərindən biri idi. Bundan əvvəl bizim mütəxəssislər kustar üsulla hazırlanmış elə partlayıcı qurğu görməmişdilər”, – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İndrat Fətullayev deyib.
SİM kartlarla birləşdirilmiş bir neçə bomba partlamalı idi, lakin Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının səyi nəticəsində bunun qarşısı alındı.
Terrorçu Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən izlənilən Xatabın zəngindən sonra ələ keçdi.

Gununsesi.info