Bakıda sürücü maşını radara düşməsin deyə görün nələr edib - VİDEO

  • By admin
  • 17 Aprel 2017 21:51

masini radara dusmesin deye

Yol polisinə tabe olmayaraq qaçan sürücünü təhlükəsiz şəhər kameraları ifşa edib.

Gununsesi.info-nun xezerxeber-ə istinadən verdiyi məlumata görə, görüntülər Bakıda çəkilib. Polisin sənədləri tələb etməsindən sonra maşını sürərək aradan çıxan sürücü qarşı zolağa çıxaraq təhlükəli qəza şəraiti də yaradıb.

Polis tərəfindən təqib edildiyini görən sürücü sona qədər xəbərdarlıqlara məhəl qoymayıb və qaçıb. Ancaq polis təhlükəsizlik şəhər kameraları ilə onun yerini müəyyən edib. Saxlanıldıqdan sonra məlum olub ki, onun nə sürücülük vəsiqəsi var, nə də avtomobilin dövlət nömrə nişanı özünündür. Polisə tabe olmamasının səbəbini isə müxtəlif bəhanələrlə izah edir.

Yol polisini çaşdırmaq üçün fərqli qeydiyyat nişanılarından istifadə edən sürücünün avtomobilinə baxış keçirərərkən ayrı dövlətlərin nömrə nişanları da aşkarlanıb. Sürücü fərqli qeydiyyat nişanlarını polisi çaşdırmaq üçün etdiyini də boynuna alıb.

Məlum olub ki, illər əvvəl sərxoş halda avtomibil idarə etdiyinə görə bir dəfə sürücülük vəsiqəsindən məhrum edilib.

Faktla bağlı Nərimanov Rayon Məhkəməsində iş başlanılıb. Həmin sürücü məhkəmənin qərarı ilə 30 gün həbslə cəzalandırılıb. Habelə o, sürücülük hüququndan da 1 illiyə məhrum edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info