“Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik” - AZƏRBAYCAN XİN

  • By admin
  • 18 Avqust 2017 10:34

xin

“İspaniyanın Barselona şəhərində törədilmiş terror  aktlarını qəti şəkildə pisləyirik”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

H.Hacıyev terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib:

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib”.

Gununsesi.info