“Tanındığım vaxtlarda ofisiant işləmişəm” - FƏRDA XUDAVERDİYEV

  • By admin
  • 24 Aprel 2017 08:11

ferda

Aktyor Fərda Xudaverdiyev “Atv maqazin onlarla” verilişinə qonaq olub.

Gununsesi.info muztv-yə istinadən xəbər veri ki, aktyor verilişin aparıcısı Afaq Gəncəli ilə birgə gənc yaşından indiyə kimi yaşadığı həyatı yenidən vərəqləyib.

Yaşadığı evləri, oxuduğu məktəbləri gəzərək söhbət edən Fərda “Heç vaxt maraqlanmayıblar ki, hansı yoldan, hansı çətinliklə gəlmisən, nələr yaşamısan. İki otaqlı evdə iki ailə yaşadığımız vaxtlar olub. Bazarda satıcı işləmişəm. Tanındığım vaxtlarda belə, ofisiant işləmişəm. “Ay allah, tanımasın xanımlar məni, pis olacağam” deyirdim. Tanıyanda “Əmim oğludur, çox oxşayıram” kimi sözlər işlədirdim.

“Selfinaz”dan sonra depressiyaya düşdüyünü deyən aktyor “Ən azı bir il də olsa uzaqlaşmaq istədim bu sənətdən, psixoloqla da məsləhətləşdim. Saytlar, sosial şəbəkələr məndən danışmağa, qaralamağa başladılar. Sonra dedim ki, bu qədər əziyyəti heç nə edə bilmərəm” söyləyib.

Gununsesi.info