Belarus səfirindən ermənilərə cavab –  “Onun sizə heç bir dəxli yoxdur…”

  • By admin
  • 23 Aprel 2017 19:05

190059_src

 

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk son vaxtlar iki ölkə arasındakı münasibətlərdə problemlərin yarandığı ilə razılaşmır.

Virtualaz.org xəbər verir ki, səfir “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında Belarus-Ermənistan münasibətlərində ciddi problemin olmadığını, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, bir sıra proqramlar üzrə fəal əməkdaşlıq getdiyini deyib.

Jurnalist prezident Lukaşenkonun KTMT-də erməni baş katibin seçilməsini bir neçə dəfə əngəllədiyini və Belarusun  bloqqer Aleksandr Lapşini Bakıya təhvil verməsini səfirə xatırladıb. Diplomat isə bildirib ki, əvvəla KTMT baş katibinin seçilməsi konsensus yolu ilə həll olunur, səs çoxluğu ilə deyil. İkincisi, Lapşinə gəldikdə Ermənistanda israrla bu məsələnin Belarusla münasibətlərə təsiri barədə danışırlar. Əslində isə Lapşinin Ermənistana heç bir dəxli yoxdur.

 

Gununsesi.info