Bengü yalanladı: “AKALINLA ARAMIZDA HEÇ BİR PROBLEM YOXDUR...”

  • By admin
  • 29 May 2017 22:45

bengu-1

Türkiyənin sevilən ifaçılarından olan Bengü digər tanınmış müğənni Demet Akalınla onun arasında problemlərin yaranması iddialarını yalanlayıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, Bengünün Akalının bir neçə gün öncəki doğum günü mərasiminə qatılmaması ifaçılar arasında problemlərin olması xəbərini gündəmə gətirib.

Ancaq Bengü Akalınla onun arasında  hər hansı bir problem olmadığını, əksinə, ikisinin də bir-birinə daim hörmətlə yanaşdığını söyləyib.

bengu-1bengu-den-demet-akalin-a-ovgu-dolu-paylasim-8321095_7431_m

“Mən həmin gün burada deyildim. Səhv etmirəmsə, iki gün sonra da ona zəng etdim, üzrxahlığımı bildirdim və onu yeni doğum günü münasibətilə təbriklədim. O da buna xoş və anlayışla yanaşdı…Yəni, bu qədər…Heç bir problem yoxdur…Ona çox böyük hörmətim var”– deyə, ifaçı sonra deyib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info