“Beşiktaş” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazandı

  • By admin
  • 21 Noyabr 2017 23:40

İstanbulun “Beşiktaş” futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.

Gununsesi.info xəbər verir ki,  “Beşiktaş”  beşinci matçda doğma meydanda “Portu” ilə 1:1 hesablı heç-heçə edərək xallarının sayını 11-ə çatdırıb və  “G” qrupunda liderliyini rəsmiləşdirib.

İstanbullular qrup mərhələsinin sonuncu turunda səfərdə “Leypsiq” komandası ilə qarşılaşacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

G qrupu

“Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya) – 1:1

Qollar: Talişka, 41 – Felipe, 29

Gununsesi.info