“Beynəlxalq siyasətin yeni Hitleri” - NİKOLAS MADURO

  • By admin
  • 20 Sentyabr 2017 16:18

20
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı Adolf Hitlerə bənzədib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D.Tramp Venesuelada demokratiyanı yenidən qurmasına köməklik köstərmələri üçün dünya liderlərinə çağırış edib.

Belə ki, BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etməyən Venesuela prezidentinin D.Trampı çağrışına verilən cavab isə çox sərt olub.

N.Maduro D.Trampı İkinci Dünya Müharibəsinin səbəbkarı olan Adolf Hitlerə bənzədib. Prezident D.Trampın bu çağrışını “Beynəlxalq siyasətin yeni Hitlerinin Venesuela xalqına təcavüz” kimi qiymətləndirib.

Kimsə Venesuelanın sahibi deyil və bir kimsənin Venesuelanı təhdid edə bilməcəyini deyən N.Maduro D.Tramp tərəfindən ölümlə hədələndiyini də iddia edib.

Anar 

Gununsesi.info