Gununsesi.info xarici KİV- istinadən xəbər verir ki, əslində ağzında çıxması lazım olduğu halda dişin beynində çıxması Dəniz Mizraqlı adlı gənci heyrətləndirib. 26 yaşlı gənc oğlan 2014-cü ildə beynindəki şişlə bağlı keçirdiyi əməliyyatdan əvvəl beyninin tomoqrafiyası çəkilib. Ondan sonra o, beynində dişi olduğunu öyrənib. Həkimlər onu xəbərdar ediblər ki, diş beyindən götürülməlidir. Amma, bu əməliyyat çox risklidir. Musiqiçi olduğunu bildirən gənc özünü narahat hiss etdiyini və buna görə xəstəxanaya getdiyini bildirib:

“Şişlə bağlı əməliyyatdan 3 gün əvvəl tomoqrafiyadan sonra bildim ki, beynimdə həm də diş var. Hələ də diş beynimdədir. Buna görə yaddaşımı tez-tez itirirəm. Bundan əlavə balans pozğunluğu ilə bağlı da bir çox problemim var. Ancaq diş əməliyyatla oradan çıxarılarsa görmə, hərəkət və danışma kimi həyati funksiyalarım itə bilər. Bu səbəbə görə riskə girmək istəmədim”.

Gununsesi.info