BMT-nin baş katibi Antoniu Qutteriş oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə keçirdikləri danışıqları alqışlayıb.
Gununsesi.info xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.
Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləməklə yanaşı, buna sevinir.
“BMT Baş katibi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib. Baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri prezidentlərin son görüşündə yaranmış müsbət dinamikasından istifadə etməyə çağırıb”- deyə Düjarrik bildirib.
Mürtəza
Gununsesi.info