Britaniya Qarabağla bağlı səylərini davam etdirəcək – Conson

  • By admin
  • 21 Yanvar 2017 20:17

boris_conson

 

Böyük Britaniya ATƏT-in Minsk qrupunun həmsədirlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərinə köməklik göstərməyə davam edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Böyük Britaniyanın xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi Boris Consonun iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana göndərdiyi məktubda deyilir.

 

 

Gununsesi.info