Bu bün Meksikada 7 zəlzələ baş verib

  • By admin
  • 13 Dekabr 2017 20:14

Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub.

Zəlzələlər nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Sonuncu təkanlar 1 saat öncə 4 bal gücündə yerin 59 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanların gün ərzində davam edə biləcəyi istisna olunmur.

Gununsesi.info