Bu şəhərin sakinləri başlarına qazan keçirib yatır – XARABALIĞA ÇEVRİLMİŞ İDLİBDƏ MÜHARİBƏ QORXUSU

  • By admin
  • 15 Yanvar 2018 23:00

Suriyada müxaliflərin sonuncu dayanacağı olan İdlibdən maraqlı görüntülər ortaya çıxıb.
Gununsesi.info xəbər verir ki, 400 min əhalisi olan şəhərdə bombalara hədəf olmaqdan qorxan vətəndaşlar yatarkən başlarına qazan keçirirlər ki, güllə onlara dəyməsin.
Əgər İdlib küçələrini dolaşsaq, küçələrin xarabalığa çevrildiyini görərik. Yerli sakinlərin sözləıinə görə 38 məktəbdən 14-ü tamamilə yararsız hala salınıb, müəllimlərin sayında isə 1/3 dəfə azalma müşahidə olunur. Hər cür əməliyyatları həyata keçirən 3 əsas xəstəxanadan isə cəmi biri qalır ki, orada iş saatı yarım günü əhatə edir. Bütün bunlar olduqca qorxunc göstəricidir.
Gununsesi.info xarabazara çevrilmiş şəhərdən ürək ağrıdan görüntüləri təqdim edir.

 


Gununsesi.info