Butulka ilə zorlandığını deyən qadının “əri” danışdı - FOTOLAR

  • By admin
  • 17 Avqust 2017 12:46
1502643667_aide-4
Bu günlərdə elektron KİV-lərdə “Təmiz Dünya” ictimai birliyinin sığınacağına pənah aparmış bir qadının başına gələn dəhşətli hadisələr barədə hamını şoka salacaq məlumatlar və qadının özünün müsahibəsi yayımlanmışdı. Yalnız dəhşətli filmlərdə rast gəlinə biləcək və dilə gətirilməsi belə mümkün olmayan hadisələrin təfsilatı ilə danışılması, əri tərəfindən əvvəlcə butulka ilə zorlanıb sonra yad kişilərə 500 manata satılması və s. kimi iyrənc nağılvari detallar gerçəkdən narahatlıq doğururdu. Necə yəni əri tərəfindən butulka ilə zorlanıb??? Əgər əridirsə, daha burda nə zorlama cinayəti var? Yaxud, ərindən uşağı da varsa, doğrudanmı bu ər, oxuculardan min dəfə üzr istəyirik, onu zorlamağa başqa “predmet” tapa bilmirdi ki?!
Və bu kimi çoxsaylı suallar oxucuda istər-istəməz bu işgəncələrin təsirindən axıdılan göz yaşlarının şübhəli olması təəssüratını yaratmaya bilməzdi. Amma… Media nümayəndələrinə gəlincə, 6 illik işgəncə altında yaşadığını, hətta girov saxlanıldığını deyən bu qadından həvəslə müsahibə alarkən doğrudanmı düşünmürdülər ki, axı bunlar həqiqətdirsə, niyə vaxtında hüquq mühafizə orqanlarına şikayət edilməyib? Axı onun “əri” tərəfindən “Təzadlar”a göndərilmiş şəkillərindən də açıq görünür ki, zərərçəkən-işgəncələrə məruz qalan, butulka ilə zorlanan, başqa kişilərə satılan, “lapatka”nın sapı ilə döyülən bu qadın restoran və kafelərdə gəzir, kefi istəyən formada-pozalarla şəkil çəkdirir, əlində, hətta bu sətirlərin müəllifinin belə istifadəsində olmayan mobil telefonu vardır… Və o, dərhal DİN-nin 102 xidmətinə zəng edə bilərdi. Amma etməyib. Niyə etməyib? Bax məsələ də bundadır… Halbuki belə bir müsahibə və açıqlamaların ictimailəşməsi nə qədər uşaq və gəncin beynini zəhərləyib pis və yalnış addımlar atmasına itələmiş olur… Bunun fərqində olmaq lazımdır. Biz axı, cəmiyyətə nəyi təbliğ edirik: butulka ilə zorlamanı, əri tərəfindən 500 manata yad kişilərə satılmanı, 8 yaşında oğlanın zorlanmasını, 4 yaşında qız uşağının zorlanaraq ölümünə bais olunmanı??? Adam bəzi media nümayəndələrinin yerinə xəcalət çəkir. Çünki qeyri-peşəkarlıq cəmiyyəti onların naşı məlumatları ilə gerizehinliyə çəkib aparır…
Nə isə… Biz “Təzadlar” olaraq bu hadisələri dərindən izlədik. Düşünürdük ki, həmin media nümayəndələri arvadını butulka ilə zorlayan əri də tapacaqlar, dindirəcəklər, amma bunlar baş vermədi. Bəs qarşı tərəfin mövqeyi niyə dinlənilmədi? Bu lazım deyildimi? Bəlkə bu daha şok xəbər başlığı olacaqdı! Olmadı. Amma biz arayıb-axtarıb həmin ailəni tapdıq. Söhbət adı öz arvadını butulka ilə zorlamada çəkilən Ceyhun Mehrəliyevdən gedir. Bəs mediada tirajlanan bu hadisənin əsil mahiyyəti necədir? Bəs Azərbaycanda ailə institutunun dağıdılmasına hesablanmış belə zərərli məlumat-xəbərlərin “baş qəhrəmanı” olan xanımın ittiham etdiyi “ər” kimdir, bu nə “qəhrəmanlıqdır”??? Ceyhun hər şeyi olduğu kimi izahlamağa söz verdi:
-Biz ailə olaraq şokdayıq ki, bu nədir başımıza gətirilir? Yaxşı bu qadının ağlı çaşıb, danışır, özünə bəraət qazandırmağa səy göstərir… Bəs onu danışdıran media işçiləri niyə hadisənin fərqində deyillər? Ən azı bizi dindirsəydilər, görərdilər ki, bu qadının danışdıqları detektiv filmlərin quraşdırılmış səhnəcikləridir, senarini quran da özüdür, filmi çəkən də…
-Ceyhun bəy, artıq məsələ məxfilikdən çıxıb, sizin ailənin adı çəkilir, video müsahibələr tirajlanmaqdadır. Odur ki, ailə olaraq sizin redaksiyaya zənginizdən başa düşdük ki, artıq “sandığı açıb pambığı yerə tökmək” fikrindəsiniz…
-Əlbəttə… Bu qadın bizə alternativ yol qoymadı. Biz əvvəlcə susduq, dedik yəqin getdiyi “Təmiz Dünya” ictimai birliyinin sığınacağında ona doğru yolun nə olduğunu anladarlar. Amma gördük yox, onlar sərhəddi keçdilər… Bəzən həyatda baş verən övlad bədbəxtliyi bir ailənin, nəslin faciəsinə gətirib çıxarır. Xüsusən də bu övlad axmaq bir qadınla rastlaşanda. Qısası, ailəmizə qulluqçu kimi daxil olan, özünü fağır, yazıq, kimsəsiz kimi göstərən bu qadın əsil simasını indi göstərir. Bu qadın sosial mediada və xüsusən də youtube-də həvəslə müsahibə verən … qadın Aidə Tomarxanovadır. Mən sizə hər şeyi olduğu kimi deyəcəyəm: O, əvvəlcə mənə zəng edərək (təsadüfi zəngi ilə) özünü əvvəlcə Gülçörə kimi təqdim edib, tanış olmaq istəyibdir. Məni maraq götürdü ki, onunla görüşür, kimliyini və telefonumu haradan öyrəndiyini bilmək üçün onu dilə tutum. Sonradan “Gülçöhrə” göz yaşları ilə mənə danışdı ki, bəs, Məhərrəm adlı evli bir kişi onu bir kirayə evdə dustaq saxlayır, indi ondan qurtulmaq üçün kömək edim. Açığı, onun göz yaşları mənə pis təsir etdi, ürəyim sıxıldı, ona yazığı gəldi. Anam xəstə olduğundan ev işlərini görməkdə çox əzab çəkirdi. İstədim ki, Aidəni bizim evə gətirim və bu barədə anama dedim ki, guya Aidə tanışımın arvadının rəfiqəsidir, evlərdə təmizlik işlərinə baxır, qoy bizim evdə də bu işlərdə sənə bir müddət kömək etsin, sonra çıxıb gedəcək… Anam əvvəlcə “yox” dedi. Mən xahiş edib dedm ki, ana, bu qadın ərindən ayrılıb, ata-anası ağır xəstədir, maddi köməyə ehtiyacı var, yazıqdır… Aidə həm də mənə demişdi ki, ailəsindən ayrılıb və qardaşları ilə darısqal bir evdə yaşayır, onu dolandırmırlar, incidir, döyürlər, ona görə də bu ev təmizləmə işi alınsa, ona böyük dəstək olar. Onun göz yaşları gerçəkdən ürəyimə insaf saldı və Aidəni evə gətirdim…
-Aidə sizin evinizə gəldi, onun şəxsiyyəti ilə maraqlanmadınızmı ki, kimdir, nəçidir, məqsədi nədir?
-Bilirsiz, belə bir məqamda çarəsiz bir durumda olan, göz yaşları ilə danışan, “olum, ya ölüm” dilemması qarşısında olan bir qadının kimliyini araşdırmaqdan əvvəl onu bu vəziyyətdən xilas etmək barədə düşünməli oldum… Amma sonradan Aidənin törətdiyi digər dələduzluq əməlləri mənim boynuma yazılası oldu. Çünki mən xeyirxahlıq etdim, onun kimi yol tutmadım, naqis düşüncələrə malik olmadım… Belə bir ruhi xəstəyə tay ola bilərdimmi? O, bizdə qaldığı, xidmətçi kimi anamın qəlbini ələ aldöı vaxtdan məndən yetəri qədər istifadə etdiyindən və artıq öz çirkin missiyasını həyata keçirib istəklərinə nail olduğundan məndən bezmişdi, yaxşılıqlarımı unutmuşdu, mən faktiki olaraq onun heç bir planına uyğun deyildim. O, özünə yeni, daha cəlbedici həyat qurmaq həvəsinə düşmüşdü, özünə yeni pullu qurbanlar axtarmağa başlamışdı. Bu dəfə isə bir zamanlar mənə uydurduğu “işgəncə Məhərrəm” adlı qurama əhvalatı kimi yeni qurbanlara da deyir: guya əri sayılan Ceyhun onu və uşağını ataraq Rusiyaya işləməyə getdiyini və onları atdığını, bu həyatda tək-tənha, çarəsiz durumda qaldığını bildirir. Lakin onun danışdıqlarını eşidənlər ondan imtina edirlər. Halbuki biz insanlığın ən adi şərtlərinə sonadək sadiq qaldıq. Hətta o dərəcədə ki, mənim bacım con anda da Aidənin uşağına yazığı gəldiyinə görə və onun sonunun çox pis bitəcəyini gördüyündən Aidəyə təklif edir ki, qadın sığınacağına getsin. Çünki o, ata evinə getməyəcəyini israrla bildirirdi və deyirdi ki, qardaşlarımla düşmənəm, darısqal evdə bir yaşaya bilmərəm, bu mümkünsüzdür və sair.
-Bəs onun qucağında bir uşaq da görünür… Bu nə demək idi?
-Onun bizim ailənin başına gətirdiyi dələduzluq əməllərinin sayı-hesabı yox idi. Hər dəfə evdən qovanda anama yalvarırdı ki, onu bağışlasın. Anam da güzəştə gedirdi… Bir müddət belə davam etdi… Bir gün isə o, anasının vəziyyətinin aağır olduğunu deyərək ona uzun müddətə anasına baxmaq üçün icazə istədi… Getdi anasına qulluq etməyə. Amma biz hardan biləydik ki, o, başqa qurbanları ilə yeni macəralar yaşamaqda imiş. Və üstündən təxminən 8 ay ötəndən sonra Aidə bizim qapıda peyda oldu. Qucağında da bir uşaqla. O, yenidən bizim ailəyə nikahdankənar doğduğu uşağı ilə gəldi. Əmməlicə bəlaya düşmüşdük. Şokda idik. Bir vaxtlar özünün çarəsiz durumda olmasına görə kömək əlimizi uzatmışdıq, indi isə əlavə bir uşaq da var idi… Məsələni aydınlaşdırmağa başladıq. Etiraf etdi ki, bir vəzifəli adamla dostluq edib və nəticədə bu uşaq doğulub… İndi yeni bir uydurmalar ortaya çıxdı: “Həmin adam məni döyüb incidirdi, işgəncə verirdi, indi də uşağa sahib durmur!”. Aidə yenidən göz yaşlarını və ənənəvi yalvarışlarını ortaya qoydu, ürək parçalayan mənzərəni yaratmağa çalışdı. Yenə də ailəmizin ona yazığı gəldi, düşünməyimiz üçün vaxt lazım idi. Ona yenidən xidmətçi kimi çalışmasına icazə verildi. Vaxtilə kimsəsiz bir qadına yardım etmək niyyətilə yol verdiyim səhv indi ailəmizin bütün dincliyini əlindən almışdı… Lakin bir müddət sonra əsil dramatik qalmaqallar ortaya çıxdı. Belə ki, Aidənin rəfiqələri olan Könül ve Nailə tərəfindən bütün həqiqətlər ortaya çıxdı…
-Sirr deyisə, bu nə həqiqətlər idi?
-Məlum oldu ki, Aidənin ləkəli həyatının başlanğıcı daha dəhşətli imiş. Sən demə, o, hələ 16 yaşından Sumqayıtda pis yolların və əməllərin yolçusu imiş. Mən ondan bütün bunları soruşduqda o, həqiqəti gizlədə bilmədi. Hətta boynuna aldı ki, hələ orta məktəbi bitirər- bitirməz Elvin adlı biri ilə münasibətdə olub və sair çirkin əməllər…
…Həmsöhbətim dərindən peşimançılıq hissi keçirməklə bu halları danışır və təəssüf hissi ilə yol verilən səhvlərin necə qurbanı olduğunu izah etməyə çalışır… Onun söhbətindən başa düşürəm ki, Ceyhun bütün bu hadisələri və Aidənin keçmişi ilə bağlı baş verənləri anasına danışır, hətta etiraf etməli olur ki, o da Aidə ilə qeyri-qanuni münasibətdə olub, hətta şəklini sifəti görünməmək şərti ilə təqdim etdiyimiz uşaq da bu münasibətdən doğulub… Və Ceyhunun anası bu dəhşətli hadisələri eşidəndə dərin sarsıntı keçirir, ailənin tək oğluna bəslənən ümidlərinin puç olduğuna inana bilmir. Ana Aidənin bir zamanlar onun qılığına girərək danışdığı yalanları xatırladıqca başından tüstü çıxır… Ceyhunun anası Xuraman xanım baş verənləri Aidənin qardaşına danışır, onu təcili evlərinə çağırtdırır və bu əxlaqsızlığa susa bilməyəcəyini deyərək Aidəni qardaşına təhvil verir və onu evlərindən biryolluq uzaqlaşdırmalı olur. Amma…Pis yolun hicabla ört-badır edilməsi, yoxsa…Lakin az vaxt ötdükdən sonra Aidə qardaşıgildən qaçaraq Ceyhunu axtarır və inadla, yalvarışlarla ondan kömək istəyir. Xahişi bu olur ki, kənarda bir kirayə ev tutaraq onun uşağı ilə yaşamasına kömək etsin. Lakin o, Ceyhundan rədd cavabı alandan sonra uşağı da, özünü də ictimaiyyətin gözü qarşısında öldürəcəyini deyir, onu hədələyir… Bütün bunlardan sonra Ceyhun tanınmış ailədən olduğunu göz önünə gətirərək bir şərtlə razı olur ki, Aidə hicaba bürünməlidir… Anasının isə bu məsələlərdən xəbəri olmur, oğlunu xoşbəxt görmək arzusu ilə Ceyhunu başqa bir qızla evləndirir (Ceyhun baş verənləri səmimi olaraq danışır və onu da etiraf edir ki, bundan əvvəl bir dəfə ailə həyatı qurubmuş, sadəcə həmin xanımla xasiyyətləri tutmadığından ayrılıb).Gözlənilməz ailə faciələri və…

…Həyatın olduqca qəribə səhifələri var imiş… Ceyhun üçün də çətin imtahanlar dövrü başlayır. Onun sonuncu ailə həyatı da uzun sürmür və 3 aydan sonra da sona çatır. Aidə hər dəfə Ceyhunun yeni həyat yoldaşına zəng vuraraq “Onun arvadı mənəm, sən yox… Çıx get ata evinə” və sair kimi telefon zəngləri bu gənc ailəni də faciələrə sürükləyir. Bundan sonra evə təzəcə gəlin gəlmiş xanım da ailəni tərk etməli olur… Beləcə, artıq çətin həyati situasiyalarda az qala başını itirməli olan Ceyhun yeni yalanlarla evlərində duruş gətirə bilmir. Günlərin birində isə məlum olur ki, Aidə Mehrəliyevlər ailəsinin yaxınlarına gizli yolla zəng edərək müxtəlif vaxtlarda pul alıb. Sonra o da bəlli olub ki, o, Sumqayıtda bir neçə ticarət mərkəzlərindən kompüter avadanlığı alıb, aradan çıxıb. Barəsində Sumqayıt Polis İdarəsinə şikayət verilib, araşdırma indi də davam etdirilir.
Ceyhunun söhbətindən:
-Aidə bütün bu oyunlardan, ailəmizə gətirdiyi bədbəxtliklərdən dolayı, indi də yeni bir metod fikirləşib ki, “Təmiz Dünya” ictimai birliyinin sığınacağında istəyinə nail olacaq. O, sığınacağın rəhbəri Mehriban Zeynalova tərəfindən dinlənilib və yenə də təzə qurama yalanları ilə onları və ictimaiyyəti aldadır. 
-Sizcə onun indi məqsədi nə ola bilər ki?
-Məqsədi odur ki, guya məni həbs etdirmək istəyir, bununla məni qorxudaraq yenidən itaəti altına salsın. Görün insan nə qədər zəlil düşüncəyə malik olmalıdır ki, müsahibə verərək desin ki, ərim məni butulka ilə zorladı, sonra yad kişilərə 500 manata satdı. Bu artıq ağıl itirməyin son sərhədidir. Axı mənimlə qanuni nikahın yox, nişanımız-toyumuz yox, küçələrdə gəzib-dolanıb indi də məni özünə ər kimi sırıyırsan? O, elə bilir ki, bu yolla məni qorxudacaq və mən yenidən onu ailəmizə gətirib anama köməkçi-süpürgəçi edəcəyəm. Bu mümkün olan iş deyil… 
-Bəs Aidənin atası bu məsələlərə necə baxır?
-Onun valideyinləri dünyasını dəyişib… Atası təzəlikcə öldü, yas mərasimində isə onu yaxına buraxmadılar, onun kimi adamın bu ailə üçün öldüyü deyilib… Təəssüflər olsun ki, sığınacaq rəhbərliyi də məni dinləmədən, dərindən araşdırma aparmadan, hadisənin kökünü bilmədən məni onun əri kimi təqdim edir, hələ bir ağır və rüsvayedici ittihamlar irəli sürürlər ki, guya mən onu butulka ilə zorlamış, sonra ayrı-ayrı kiçilərə 500 manata satmışam. Bu insanlığını itirmiş bir adamın son şantaj hərəkətləridir… Hamı günahı bizim ailənin üzərinə atır. Çox istərdik ki, Aidənin ailə üzvlərini, qohumlarını, qardaşını… dinləsinlər. Onda onun niyə bu vəziyyətə düşdüyünü biləcəklər. Başqasının yalanları üzərində şou düşəltmək, qarşı tərəfi ağır cinayətdə ittiham etmək düzgündürmü??? Mən çalışacağam ki, bu məsələdə əsil həqiqət üzə çıxsın, kimin kim olduğu, milli mentalitetimizə yad olan şər-böhtanların nə məqsədlə üstümüzə atıldığının mahiyyəti ictimaiyyətə və hüquq mühafizə orqanlarına bəlli olsun…
1502643697_aide-5

1502643644_aide-2
Gununsesi.info