Canəli Ələkbərov susmağa üstünlük verdi - DANIŞMAYACAM

  • By admin
  • 27 Fevral 2017 11:31

 

caneli

Muğam müsabiqəsinin münsiflər heyətinə seçilməsi üçün mübarizə aparan Canəli Ələkbərov ona maneçilik törədənlərlə mediada söz savaşına çıxdı. Ancaq tanınmış xanəndənin münsiflər sırasına düşmək uğrunda mübarizəsi nəticəsiz qaldı.

Gununsesi.info Canəli Ələkbərovla əlaqə saxlayaraq, bu barədə danışmasını istəyib. Əməkdaşımızla telefon söhbətində artıq bu barədə danışmaq istəmədiyini deyib: “Danışmayacam. Müsiflər heyəti haqda heç bir şey demək istəmirəm. Şərh bildirməyəcəyəm”.

Muğam müsabiqəsinin  seçimlərində rüşvət iddiaları ilə bağlı sosial şəbəkələrdə yazılanlara gəlincə, o, bu barədə xəbərsiz olduğunud eyib: “Rüşvət varsa da, yoxsa da mənim bundan xəbərim yoxdur. Hər şeydən bixəbərəm”.

 

Dilarə Zamanova