Cibgir avtobusda tutuldu - BAKIDA

  • By admin
  • 23 Avqust 2017 13:56

cibgir_87

Sabunçu rayonu ərazisində sərnişin avtobusunda rayon sakininin cibindən pul oğurlamağa cəhd göstərmiş E.Namazov zərərçəkən şəxs tərəfindən saxlanılıb.

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

Gununsesi.info