Çin Şimali Koreyaya maliyyə sanksiyası tətbiq edir

  • By admin
  • 21 Sentyabr 2017 15:56

1499590108_flag-nkorea-china_3125013b

Çin Mərkəzi Bankı ölkə daxilində fəaliyyət göstərən banklara Şimali Koreya ilə əlaqələri dayandırmağa çağırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Mərkəzi Bankı digər banklara Şimali Koreyadan olan yeni müştərilərinə maliyyə xidmətləri göstərməməyi və açdıqları kredit hesablarını bağlamağı tələb edir.

Belə ki, Çin Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən banklara xəbərdalıq edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qəbul etdiyi sanksiyalara riayət etməsələr, o zaman onlara qarşı maliyyə sanksiyaları tətbiq ediləcək.

Anar

Gununsesi.info