Çində 2 min illik antik şəhər tapıldı

  • By admin
  • 23 Fevral 2018 19:51

Çinin Daxili Monqolustan Muxtar Bölgəsində aparılan arxeoloji qazıntıda eramızdan əvvələ aid antik şəhər tapılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, maddi sübutlar Çin səddinin 1,3 km yaxınlığında ortaya çıxarılıb.

Şəhərin Şərqi Xan sülaləsi (e.ə 206 – e.s 220) tərəfindən inşa etdirildiyi bildirilir. Təxminən 210 hektarlıq ərazini əhatə edən antik şəhər 5850 metrlik qalın divarla və enli xəndəklə əhatə olunub.

Qazıntılarda tapılan əşyaların üstündəki naxışların Hun mədəniyyətinə aid olduğunu da üzə çıxarıb.

Gununsesi.info