Daha bir şübhəli nəzarətə götürüldü - LONDONDA

  • By admin
  • 20 Sentyabr 2017 08:40

london metro

London metrosunda baş verən terrorla əlaqəli olan üçüncü şübhəli şəxs saxlanılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Əməliyyatın avqustun 19-u yerli vaxtla 19.08-də (Bakı vaxtı ilə 22.08) Uelsdə keçirildiyi və 25 yaşlı bir nəfərin saxlanıldığı bildirilib. Hazırda polis Uelsin Newportda şəhərində axtarışları davam etdirir.

Qeyd edək ki, Londonun Parson Qrins metro stansıyasında, qatarda baş verən partlayış nəticəsində 30 nəfər yaralanmışdı.

Gununsesi.info