Donald Tramp yunanlara olan sevgisindən danışdı: "Mən yunanları sevirəm!"

  • By admin
  • 25 Mart 2017 13:20
tramp
 “Mən yunanları sevirəm!”.
Gununsesi.info xəbər verir ki,  Ağ Evdə  Yunanıstanın müstəqilli günü ilə bağlı Yunan-Amerika Cəmiyyətinin təşkil etdiyi  təntənəli mərasim təşkil olunub.
Tədbirə qatılan ABŞ prezidenti Donald Tramp  çıxışına bu sözlərlə başlayıb:
“Mən yunanları sevirəm, bircə bilsəniz  nə qədər  sevirəm yunanları. Yaddan çıxarmayın ki, mən Nyu-Yorkdanam. Orada hər yerdə yunanları görmək olar. Onlar hər yerdədirlər!”.
Tramp eyni zamanda, Ağ Evin aparat rəhbəri, yunan əsilli  Rayns Pribusun fəaliyyətini təqdir edərək bildirib ki,  o, Amerikada  yunanların ən öncül simalarından biridir.
Prezident  digər yunanların da ölkənin inkişafına verdiyi töhfədən danışıb.
Tramp onu da əlavə edib ki, düz 30 ildir Yunanıstanın müstəqillik günü Ağ Evdə qeyd olunur və bunun bünövrəsini Ronald Reyqan qoyub.
Mürtəza
Gununsesi.info