Dövlət borcumuz 20,5 milyard manata çatıb - Rövşən Ağayev

  • By admin
  • 27 Fevral 2017 15:47

manat-2

«Beynəlxalq reytinq agentliyi Fitch bildirir ki, Azərbaycanın rəsmi dövlət borcu 2016-cı ilin sonuna ÜDM-nin 22.5% olub».

Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert Rövşən Ağayev bunu “Facebook” səhifəsində bildirib.

İqtisadçı deyir ki, Fitch burada  yalnız hökumətin xarici borclarını nəzərdə tutur: “ Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35%-ə çatır.Manat ifadəsində xarici borclar 13 mlrd. manat, daxili borclar 7.5 mlrd. manata çatır.

Hələ nəzərə alaq ki, dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir”.

R.Ağayev qeyd edir ki, BVF-nin kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb: “Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3%-dən 12%-dək yüksəlib.

Məlumat üçün deyim ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60%-i, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40% səviyyəsində tövsiyə olunur”.

Vüsalə Rüstəmova

Gununsesi.info