Eks-diktator vəfat edib

  • By admin
  • 30 May 2017 10:14

04

Panamanın keçmiş diktatoru Manuel Noryeqa 83 yaşında vəfat edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Panama lideri Xuan Karlos Varela öz “Tvitter” hesabında yazıb.

Belə ki, bundan əvvəl keçmiş lider başından bir neçə əməliyyat keçirmiş və süni komaya salınmışdı.

Xatırladaq ki, M.Noryeqa 1983-1989-cu illərdə ABŞ-ın hərbi müdaxiləsinə qədər Panamaya rəhbərlik edib. O, müxalifət tərəfdarlarının kütləvi qətlində ittiham olunurdu.

Anar

Gununsesi.info