“Elmir Vəliyev prezident kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub…” - "Kəpəz" bəyanat verdi

  • By admin
  • 09 Dekabr 2016 10:55

kapaz-2

“Kəpəz” futbol klubu bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, Gəncə təmsilçisinin bəyanatında bunlar deyilir:

“Qış transfer pəncərəsinin açılmasına az müddətin qaldığı vaxtda “Kəpəz” PFK-nın adından sui- istifadə halları yenidən aktuallaşıb. Belə ki, bu günlərdə Gəncə klubunun adından yararlanmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub. Saxta məktubda “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub. Bu cür halların baş verməsindən təəssüflənən “Kəpəz” PFK ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir”.

Gununsesi.info