Eyfel qülləsi güllə keçirməyən şüşə ilə qorunacaq

  • By admin
  • 28 Mart 2017 09:45

eyfel-2

Fransanın simvolu olan Eyfel qülləsinin güllə keçirməyən şüşə ilə qorunması layihəsi Paris Bələdiyyəsində təsdiq olunub.

Gununsesi.info-nun Anadolu agentliyinə istinadən məlumatına görə, bələdiyyənin qərarında terror təhdidinin artdığı indiki dövrdə qüllənin təhlükəsizliyinin təmin olunmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Gələn ilin son üç ayı ərzində başa çatdırılması planlaşdırılan iş 20 milyon avroya başa gələcək. Qüllənin ön və arxa tərəfinə 2,5 metr hündürlüyündə güllə keçirməyən şüşə panellər yerləşdiriləcək, giriş və çıxışların olduğu sağ və sol tərəfə isə metaldan barmaqlıqlar qoyulacaq.

Gununsesi.info