Fədayə Laçında “Hepatit C” aşkarlandı - O APELLYASİYA ŞİKAYƏTİ VERƏCƏK

  • By admin
  • 13 Dekabr 2017 14:00

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə vəkil Türkel Süleymanlı deyib. O bildirib ki, F.Laçın “Hepatit c” xəstəsidir. Onun təcridxanada qalması səhhətinə pis təsir edir. Onun həbsdə qalması təhlükəlidir.

Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik.

Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb o, nə istintaqdan yayınan deyil, nə də istintaqa təsir edə bilməz”.

Gununsesi.info