“Facebook” şirkəti Donald Trampı dəstəkləmir

  • By admin
  • 22 Oktyabr 2017 10:22

tramp-5

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.

“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib.  “Facebook” mənim yox, onun tərəfindəydi!”, – deyə D.Tramp qeyd edib.

Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib.

Gununsesi.info