Fazil Məmmədov “Çudo Peçka”nın da borcunu sildi

  • By admin
  • 17 Yanvar 2017 14:34

chudo-pechka_1430302427

Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Gununsesi.info nazirliyə istinadən xəbər verir ki, vergi amnistiyasından yararlanan hüquqi şəxslərin siyahısında “Çudo Peçka” MMC-nin də adı yer alıb. MMC-nin 815,9 manat borcu silinib.

Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsinin də 14.145.408,7 manat borcu silinməklə amnistiya tətbiq edilib. Həmçinin, Bakı Şəhəri Mənzil Komunal Təsərrüfatı Departamentinin 397.746,3 manat, Daxili İşlər Nazirliyi Nəzdində Baş Mühafizə İdarəsinin həyat əhəmiyyətli obyektlərini mühafizə edən polis alayının 44.398,7 manat, “AKKORD GENERAL CONSTRUCTION”MMC-nin 2.726,7 manat borcuna amnistiya tətbiq edilib.

Gununsesi.info