FİFA prezidenti xüsusi xidmət orqanlarına təşəkkür etdi - ÇÜNKİ...

  • By admin
  • 28 Aprel 2017 23:04

Canni İnfantino

FİFA prezidenti Canni İnfantino ABŞ xüsusi xidmət orqanlarının korrupsiya ilə mübarizəsində rolunu yüksək qiymətləndirib.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, qurumun rəhbəri bunları deyib: “Futbolda korrupsiyanın aradan qaldırılmasında köməyini əsirgəməyən Amerika hakimiyyətinə təşəkkürümü bildirirəm.

Bu istiqamətdə fəaliyyət FİFA-nın yeni rəhbərliyi üçün də prioritetdir. 2016-cı ilin martından biz ABŞ-ın korrupsiya ilə bağlı bütün araşdırmalarını dəstəkləmişik. FİFA futbolun ədalətli, şəffaf idarə olunmasını təmin etmək üçün bütün imkanlarını səfərbər edib. Bizə bu işdə kömək edəcək Amerika və ya istənilən ölkəyə hər cür köməklik göstərməyə hazırıq”.

Gununsesi.info