Firuz Mustafa: “Ad-soyadını oxuyanda bu suyuşirin qızın kim olduğunu bildim: "Maqomayeva Marina Muslumovna"

  • By admin
  • 21 Yanvar 2017 22:46

320

Müslüm Maqomayevin qızı…
EA-nın fəlsəfə kafedrasında işləyirdim. Aspiranturaya qəbul olmaq istəyən dissertant və aspirantların minimum və qəbul imtahanlarını bizim kafedranın əmıkdaşları götürürdülər.
Günlərin bir günü mənim əyləşdiyim otağa bir qız daxil oldu. Utana-utana asta səslə dedi:
-Я хочу поступить в аспирантуру…
Başımı qaldırıb baxdım. Qəddi-qamətli, qaraşın, gülərüz, zərif bir qızdı.
Nəsə üz-gözündən tanış gəlirdi. Heç nə soruşmadım. “Adam adama tanış gələ bilər”-deyə, düşündüm.
Bəzi məsləhəhətlər verdim.


Qız çıxıb gedəndən sonra sənədlərinə, yazdığı referata baxdım. Ad-soyadını oxuyanda bu suyuşirin, utancaq qızın kim olduğunu, daha doğrusu, onu kimə oxşatdığımı dildim: “Maqomayeva Marina Muslumovna”. Marina, səhv etmirəmsə, ADU-nun coğrafiya fakültəsinin məzunu idi.


…Bildiyimə görə, indi Marina Müslümovna Maqomayeva əri Aleksandr Kozlovski, anası Ofeliya və oğlu Alen ilə Amerikada yaşayır.


..Düşünürəm ki, balaca Alen böyük Müslümün yolunu davam etdirəcək. Necə ki, dahi müğənnimiz Müslüm öz babası dahi bəstəkar Müslüm Maqomayevin yolunu davam etdirib…

Firuz Mustafa,

Yazıçı-dramaturq

Gununsesi.info