Gələn il təhsil xərclərinə 2 milyard manat AYRILACAQ

  • By admin
  • 20 Oktyabr 2017 15:06

Manat

Gələn ilin dövlət büdcəsində təhsil xərclərinin 11.7 faiz artırılması gözlənilir.

Gununsesi.info 2018-ci ilin dövlət büdcəsi layihəsinə istinadən xəbər verir ki, gələn il təhsil xərcləri 2 milyard manat təşkil edəcək.

Həmin xərclərin strukturuna gəlincə, aşağıdakı kimidir:

– Ümumi təhsil xərcləri- 1.08 milyard manat

– təhsil sahəsi üzrə dövlət proqramarının icrasına 628 milyon manat

– məkətəbəqədər təhsil xərclərinə 175.3 milyon manat

– orta ixtisas təhsil xərclərinə 41.3 milyon manat

–  ali təhil xərclərinə 42.7 milyon manat

– ilk peşə ixtisas xərclərinə 28 milyon manat və sair

Şəki, Mingəçevir, Naftalan, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala. Qax, Qazax, Goranboy, Kəlbəcər və sair rayonlarda təhsil müəssisəslərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətlənidrilməsinin keçirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 70.6 milyon manatın ayrılması proqnozlaşdırılır.

Məleykə Abbaszadənin rəhbəril etdiyi Dövlət İmtanah Mərkəzinə büdcədən düşən pay cəmi 5 milyon manat olacaq.

Yeni dərsliklərin hazırlanması üçün yönələcək vəsait 2.6 dəfə artaraq 20 milyon manat olacaq.

Elm xərcləri isə yenə də hökumətin diqqətindən kənarda qaldığını demək olar. Çünki bu istiqamətdə ayrılan vəsait ümumi büdcənin heç 1 faizinə çatmır. Gələn il elm xərclərinə128 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Həmin vəsait Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu başda olmaqla, fundamental elmi tədqiqatları və dövlət orqanlarında mövcud olan elmi araşdırma təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

Vüsalə Rüstəmova

Gununsesi.info