Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

  • By admin
  • 27 Aprel 2017 22:05

doymek

 

Gəncə şəhərində ər arvadını döyərək xəstəxanalıq edib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Xanım Həsən qızı Hüseynova ilə mübahisə edən həyat yoldaşı onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. O, bununla kifayətlənməyərək arvadını boğaraq öldürmək istəyib. Ancaq qonşuların müdaxiləsindən sonra qadını kişinin əlindən almaq mümkün olub və X.Hüseynova xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

H.Hüseynov “Report”un yerli bürosuna qızı ilə həyat yoldaşı arasında mübahisənin tez-tez baş verdiyini bildirib: “Qızım dəfələrlə əri tərəfindən döyülüb, işgəncə görüb. Budəfəki mübahisə isə kürəkənimin evi satmaq istəməsi üstündə düşüb. O, hətta ev əşyalarının da bir qismini satıb”.
Qadının həyat yoldaşı polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info