“General Motors” 2 milyondan çox avtomobili geri çağırır

  • By admin
  • 22 Sentyabr 2017 19:45

General Motors Offers Stocks At $33 A Share For Initial Public Offering

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” və onun Çindəki “Shanghai GM” Çində 2,5 milyondan çox avtomobili geri çağıracaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buna təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlar səbəb olub.

Qeyd olunur ki, ilk növbədə oktyabrın 29-dan başlayaraq 14 minə yaxın “Saab” və “Opel” avtomobilləri geri çağırılacaq.

Sonra isə dekabrın 29-dan başlayaraq, bu qərar 2,5 milyondan çox “Chevrolet” və “Buick” avtomobillərinə şamil olunacaq.

Gununsesi.info