Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir.
Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, üçüncü yarış günündə yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar. Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb.
ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.
Sənan Əlimirzəyev (71 kq) və Kərim Cəfərov (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq çempionatı 5-ci sırada tamamlayıb.
Həsən Əliyev (75 kq) məşqdə zədələndiyinə görə yarışlarda iştirak edə bilməyib.
Qeyd edək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.
Anar
Gununsesi.info