“Hakimiyyət Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya ortaya qoymalıdır” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 16 Mart 2018 16:14
“Bu gün baş nazir Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin olmadığını və problemin qaldığını dilə gətirdi. Çünki   Ermənistanın  işğalçı siyasətinə münaqişənin həlli ilə məşğul olan ATƏT MQ həmsədr ölkələri ciddi reaksiya verib, problemlə məşğul olmaq istəmir”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Fərəc Quliyev Milli Məclisin plenar iclasında deyib.
Deputatın sözlərinə görə, hakimiyyət Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni konsepsiya və yanaşma ortaya qoymaldıır:
“Yeni konsepsiya və yanaşma ortaya qoymadan Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün olmayacaq. Ona görə ki, ATƏT MQ həmsdər ölkələri Ermənistanın işğalçı siyasətini birbaşa dəstəkləyir. Ortaya ancaq yeni konsepsiya və yanaşam ortaya qoymaqla Qarabağ məsləsində uğur əldə etmək olar. Odur ki, hakimiyyət bu istiqamətdə fəaliyyət göstərməlidir. Belə olarsa uğur mümkün olacaq”.
Mürtəza 
Gununsesi.info