Hillari Klinton hamamda yıxıldı

  • By admin
  • 16 Mart 2018 17:38

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Hindistana səfəri zamanı Umayd-Bhavan kompleksində hotelin vanna otağında yıxılıb.

Gununsesi.info “dailymail”ə istinadən xəbər verir ki, Klinton yıxılarkən biləyini zədələyib. Ağrısı dözülməz olduğundan xəstəxanaya yerləşdirilən Klintona həkimlər istirahət etməyi tövsiyə ediblər.

Vəziyyəti yaxşı olmadığı üçün Jodhpur şəhərindəki çıxışları təxirə salınıb. (“Qafqazinfo”)

Gununsesi.info