Hülya Avşardan Rafet El Romanı heyrətləndirən sözlər - "SƏNƏ HEÇ VAXT GÜVƏNMƏRƏM"

  • By admin
  • 25 Mart 2017 19:25

rafet-el-roman hulya-avsar

“Rafet, mənim sevgilim olsan, sənə heç vaxt güvənmərəm”.

Gununsesi.info teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri tanınmış müğənni Hülya Avşar “Bir Hülya Avşar söhbəti” adlı verilişində qonaq olan Rafet El Romana deyib. Eşitdiyi sözdən heyrətlənən Rafet səmimi etirafları ilə diqqət çəkib.

“Mənim hər zaman ağlımda bir qadın obrazı olub. 19 yaşında İvon adlı bir sevgilim vardı. Onu çox sevirdim və mənə ilk eşq acısını da o çəkdirib. Mənə elə gəlir ki, hər şey də ilk dəfə yaşadığımız acı ilə başlayır. 6 ay bərabərliyimizin ardında o məni tərk etdi. Və baş verənlərin təsirindən 5 ilə ancaq xilas ola bildim. O qadın mənim qadın obrazım olaraq hər zaman ağlımda qaldı: romantik, uzun saçlı, məsum, gözəl baxışlı. Ondan sonra baxdığım hər qadında bu keyfiyyətləri axtardım.

Tuğba ilə ailə qurdum. Çünki Tuğba (Tuğba Altıntop) onun bir bənzəri idi. Eləcə də sonra ailə qurduğum Ceren (Ceren Kaplakarslan) də…K liplərimdə çəkdiyim bütün qızlar da həmçinin…”.

Gununsesi.info